Naftalan sanatoriya qiymətləri: nə daxildir?
Cədvəldəki Naftalan sanatoriya qiymətləri bir nəfər üçün, bir gecəlikdir və standart müalicə paketini əhatə edir: otaq, gündə üç dəfə yemək, həkim müayinəsi, Naftalan vannaları və həkimin yazdığı prosedurlar.
İki nəfər bir otaqda qalanda adambaşı xərc xeyli azalır. Əlavə prosedurlar və SPA bəzi sanatoriyalarda ayrıca ödənilir.
Qiymət otaq kateqoriyasına görə də dəyişir. Məsələn, Çinar Naftalan sanatoriyasında standart otaqla prezident süiti arasında fərq bir neçə dəfədir. Aşağıdakı cədvəldə hər sanatoriyanın başlanğıc qiymətini görürsünüz, otaqlar üzrə tam siyahı isə onun öz səhifəsindədir.
| Sanatoriya | Otaq | 1 nəfər | 2 nəfər |
|---|---|---|---|
| Çinar Naftalan | Standard King / Twin | 160 | 275 |
| Deluxe King / Twin | 201 | 315 | |
| Executive Suite | 240 | 355 | |
| Premium Two Bedroom Suite | 660 | 660 | |
| Presidential Suite | 1280 | 1280 | |
| Qarabağ Hotel Naftalan | Deluxe King / Twin | 211 | 330 |
| Grand Deluxe King / Twin | 224 | 345 | |
| Junior Suite King / Twin | 265 | 384 | |
| Executive Suite | 320 | 440 | |
| Qaşaltı Naftalan | Standard King / Twin | 155 | 250 |
| Junior Suite King / Twin | 201 | 296 | |
| Deluxe Suite | 240 | 335 | |
| Premium Suite | 265 | 360 | |
| Royal Villa | 410 | 505 | |
| Gold Naftalan | Standard King / Twin | 156 | 250 |
| Suite French (2 otaq) | 228 | 0 | |
| Superior Triple | 360 | 0 | |
| Superior Quadruple | 479 | 0 | |
| Deluxe (3 otaq) | 0 | 479 | |
| Nafta sanatoriyası | Standard King / Twin | 129 | 219 |
| Junior Suite | 139 | 226 | |
| Deluxe Room | 151 | 248 | |
| Mərkəzi Naftalan sanatoriyası | Superior King | 129 | 201 |
| Superior Twin | 129 | 201 | |
| Sun City Naftalan | Superior Twin | 121 | 201 |
| Deluxe Queen | 133 | 211 | |
| Family Suite | 194 | 301 | |
| Park Naftalan | Standard King / Twin | 88 | 151 |
| Comfort Room | 95 | 160 | |
| Superior Twin | 104 | 168 | |
| Deluxe King | 112 | 177 | |
| Junior Suite | 121 | 184 | |
| Family Suite | 145 | 201 | |
| Karvan Naftalan | Economy King / Twin | 60 | 100 |
| Standard Triple | 80 | 129 | |
| Deluxe Double | 87 | 139 | |
| Karvan Lux | 95 | 150 | |
| Kəpəz sanatoriyası | Standart Twin | 60 | 121 |
| Standart Single | 80 | 121 | |
| Family Suite (2 otaq) | 0 | 201 |
Qiymətlər 1 gecə üçündür, “yaşayış + 3 dəfə qidalanma + müalicə” paketi. Mövsümə görə dəyişə bilər. AZN.
Mövsümlər
Naftalan qiymətləri 2026 ilində də mövsümə bağlıdır. Əksər sanatoriyalarda yüksək mövsüm 1 may – 31 oktyabr, aşağı mövsüm isə 1 noyabr – 30 aprel arasıdır. İstisnalar da var:
- Mərkəzi Naftalan sanatoriyası — yüksək mövsüm yalnız 1 iyul – 30 sentyabr.
- Sun City Naftalan və Park Naftalan — yüksək mövsüm 1 iyun – 31 oktyabr.
- Kəpəz sanatoriyası — 1 may – 31 dekabr arası qonaq qəbul edir.
Uşaqlar üçün qiymətlər
Əksər sanatoriyalarda 5–6 yaşa qədər birinci uşaq pulsuz qalır, ikinci uşaq üçün isə gecəyə 15–30 AZN ödənilir. Sun City Naftalan bu yaş üçün də gecəlik 25 AZN alır.
Böyük uşaqlar üçün qiymət yeməklə və ya müalicə ilə hesablanır. Məsələn, 12–18 yaşlı yeniyetmə üçün müalicə ilə gecə Park Naftalan sanatoriyasında 85 AZN, Çinar Naftalan sanatoriyasında isə 120 AZN-dir. Dəqiq yaş hədləri hər sanatoriyanın səhifəsindədir.
10 gecəlik nümunə büdcə
Ən ucuz otaq növü ilə 10 gecəlik müalicə kursu təxminən belə başa gəlir:
| Sanatoriya | 1 nəfər | 2 nəfər, bir otaqda |
|---|---|---|
| Karvan Naftalan | 600 AZN | 1000 AZN |
| Park Naftalan | 880 AZN | 1510 AZN |
| Çinar Naftalan | 1600 AZN | 2750 AZN |
Park Naftalan qiymətlərində 31.10.2026-dək qüvvədə olan 20% endirim artıq nəzərə alınıb. Yekun məbləği tarixlərinizə görə koordinator hesablayır.
Ödəniş
Sorğu pulsuzdur. Ödəniş şərtləri — ilkin ödəniş və ya yerində ödəniş — sanatoriyadan asılıdır və koordinator onları təsdiqdən əvvəl izah edir. Nağd ödəniş yalnız manatla qəbul olunur. Ətraflı: rezervasiya və ödəniş. Aktual endirimlər isə aksiyalar səhifəsindədir.
Tez-tez verilən suallar
Ən ucuz Naftalan sanatoriyası neçəyədir?
Qiymətlər manatla, yoxsa dollarla göstərilir?
Saytda qiymətləri manatla göstəririk. Sanatoriyada nağd ödəniş də yalnız manatla qəbul olunur.
Aşağı mövsümdə nə qədər qənaət etmək olar?
Bu, sanatoriyadan asılıdır. Bəziləri aşağı mövsümdə endirim və ya bonus gecələr verir — aktual təkliflər aksiyalar səhifəsindədir.
Qiymətə yol daxildirmi?
Xeyr, qiymətə yalnız sanatoriyada qalış və müalicə daxildir. Transferi ayrıca sifariş edə bilərsiniz — qiyməti marşruta və maşına görə təsdiqləyirik.